Ankara və Moskva arasında mühüm razılaşma, yeni iş birliyi qurulur

İşbirliyi protokolu şəhərlər üçün yeni imkanlar açacaq
Sputnik

BAKI, 5 iyul — Sputnik. Ankaranın Böyükşəhər Bələdiyyəsi sədri Mansur Yavaş Rusiya paytaxtı Moskvaya səfər edib. Sputnik Türkiyə xəbər verir ki, Ankara Böyükşəhər Bələdiyyəsi sədri Moskvada keçirilən "Moscow Urban Forum"-a qatılıb.

Səfər çərçivəsində Yavaş Moskva meri Sergey Sobyaninlə 2019-2021-ci illəri əhatə edən iş birliyi protokolu imzalayıb.

1993-cü ildən bəri qardaş olan iki şəhər - Ankara və Moskva yeni iş birliyi protokolu ilə infrastrukturdan nəqliyyata, ticarətdən turizmə qədər bir çox sahədə birlikdə işləyəcəklər.