ABŞ Azərbaycanın özündən əlavə töhfəsini də dəstəkləyir

ABŞ müstəqillik əldə etdiyi ilk gündən bəri siyasət və iqtisadiyyatın bütün sahələrində Azərbaycanla əməkdaşlıq edərək onun müstəqilliyini, sabitliyini və çiçəklənməsini dəstəkləyir
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı yeni səfiri Li Litzenberger ADA Universitetində  Regional Enerji Təhlükəsizliyi Simpoziumunda çıxışı zamanı bildirib.

"Biz Azərbaycanın Avropa və dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfəni dəstəkləyirik. Bu nöqteyi nəzərdən Azərbaycan "Şərq-Qərb" istiqamətində Avropoya Rusiyadan başqa qaz çatdıran yeganə tədarükçüdür. Birləşmiş Ştatlar Cənub Qaz Dəhlizini və bu layihəyə cəlb olunan bütün şirkətləri dəstəkləyir", - Erl Litzenberger bildirib.

Diplomat eyni zamanda vurğulayıb ki, ABŞ müstəqillik əldə etdiyi ilk gündən bəri siyasət və iqtisadiyyatın bütün sahələrində Azərbaycanla əməkdaşlıq edərək onun müstəqilliyini, sabitliyini və çiçəklənməsini dəstəkləyir: "Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli faktorlardan biri də kibercinayətkarlıqla mübarizədir. Biz Azərbaycana bu məsələnin prioritet olmasını tövsiyyə edirik".