CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıya yeni hərbi prokuror təyin edildi

Zakir Qaralov müvafiq əmr imzalayıb
Sputnik

BAKI, 4 iyul — Sputnik. Bakıya yeni hərbi prokuror təyin edilib. Bu barədə məlumatı Sputnik Azərbaycan-a Baş Prokurorluqdan da təsdiq etdilər.

Baş prokurorun müavini Ağstafa qətliamından danışdı

Qeyd edilib ki, ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Azərbaycan Respublikası Baş prokurorunun 03.07.2019-cu il tarixli əmri ilə Bakı hərbi prokuroru vəzifəsinə təyin olunub.

Bundan əvvəl o, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində qulluq keçib.