BAKI, 3 iyul — Sputnik. Model və aktrisa Stefani Kayo Amerika kubokunun yarımfinalında bu gecə Çili ilə qarşılaşacaq Peru yığmasını motivasiya etmək üçün maraqlı addım atıb.
Sputnik Azərbaycan goal.com-a istinadən xəbər verir ki, perulu cazibədar xanım futbolçulara şərt qoyub. O, 800 min izləyicisi olan şəxsi "Tvitter" hesabında Çilinin qapısına komandanı finala çıxaracaq qolu vuran futbolçunu öpəcəyini və onu bu yolla mükafatlandıracağını yazıb. 31 yaşlı Stefani var gücü ilə sevimli yığma komandasına azarkeşlik edəcəyini bildirib.
Qeyd edək ki, Çili – Peru oyunu Bakı vaxtı ilə gecə saat 03:30-da başlayacaq. Cütün qalibi finalda ev sahibi Braziliya ilə qarşılaşacaq.