Vəziyyət gərginləşir: ABŞ dronu Rusiya sərhədi yaxınlığında

Pilotsuz uçan aparat Moskva vaxtı ilə 18:50-də Kalininqrad vilayəti və Belarus arasında hava məkanında görünüb
Sputnik

BAKI, 3 iyul — Sputnik. ABŞ hərbi hava qüvvələrinin "RQ-4A Global Hawk" pilotsuz uçan aparatı dünən axşam Rusiyanın qərb sərhədi yaxınlığında kəşfiyyat uçuşu həyata keçirib.

İrandan ABŞ-a müharibə mesajı: "Artıq diplomatiya yolu bağlandı"

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "PlaneRadar" monitorinq resursu xəbər verir.

Göyərtə nömrəsi 04-2021 olan dronun İtaliyada yerləşən aviabazadan qalxdığı bildirilir.

Pilotsuz uçan aparat Moskva vaxtı ilə 18:50-də Kalininqrad vilayəti və Belarus arasında hava məkanında görünüb.

RİA Novosti xəbər verir ki, son zamanlar xarici ölkələrin dronları və kəşfiyyat təyyarələri tez-tez Rusiya sərhədləri yaxınlığında aşkar olunur.

Onların Qara Dəniz üzərində, Kalininqrad vilayəti, eləcə də Rusiyanın Suriyada olan bazalarının yaxınlığında göründüyü bildirilir.