CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İran Ticarət Palatasının baş katibi Bakıya gəlib

Heyət Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşəcək
Sputnik

 

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 iyul — Sputnik. İran Ticarət Palatasının Baş katibi Əlireza Əşrəfin və İran Parlamentinin Proqram və Büdcə Komissiyasının rəhbərliyi altında İran İslam Respublikasının İslami Şura Məclisinin 5 nəfərdən ibarət heyəti bu gün Bakıya gəlib.

İranın Azərbaycandakı Səfirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, heyət iyulun 3-də Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşəcək, daha sonra isə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edəcək.

İranın nümayəndə heyəti iyulun 3-də həmçinin Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov tərəfindən verilən naharda da iştirak edəcək.