Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycan idmançılarının qazandığı medalların sayına görə nəticələrini uğurlu saymaq olar. Bu fikri jurnalistlərə açıqlamasında Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov söyləyib.
İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, bir çox idman növlərində medal qazansaq da, bəzilərində ümidlər özünü doğrultmadı:
“Səfərdə çıxış edən bütün idmançılardan medal gözləmək doğru deyil. Bəzi idman növləri ölkəmizdə hələ yeni-yeni inkişaf etdiyi üçün medal qazanmaq çox çətin idi. Medalları əsasən fərdi idman növlərində qazandıq. Güləşçilərimiz və karateçilərimiz yenə bizləri sevindirdi. Rafael Ağayevin finalda məğlub olması isə üzücü idi, ancaq bunun da xüsusi səbəbi var. İdmançımız iki ay idi ki, ciddi zədə səbəbindən məşq etmirdi və onun ikinci Avropa Oyunlarında iştirak edəcəyi də sual altında idi. Avropa Oyunları ən ciddi yarışlardan hesab olunur, ancaq ən ciddi yarış yay olimpiya oyunlarıdır və federasiyalar nəticələri ciddi şəkildə təhlil etməlidirlər”.
Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz