Sabah Günəş tutulacaq - narahatlığa əsas var?

Şamaxı Astrofizika Rəsədxanasının direktoru Günəş tutulmasının Azərbaycanda hiss olunub-olunmayacağından danışır
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 1 iyul — Sputnik. “Günəş tutulması Azərbaycanda müşahidə edilə də bilər, edilməyə də bilər.

Ulduzların ağuşunda bir gecə - Səmanı 24 saat müşahidə edirlər
 Bu təbiət hadisəsi Sakit Okeanın cənub hissəsində, Cənubi Amerika ölkələri olan Çili, Argentinada müşahidə ediləcək”.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Namiq Cəlilov deyib. O, Günəş tutulması hadisəsinin əhatə etdiyi saatları da açıqlayıb: “Günəş tutulması hadisəsi 2 iyulda, yerli vaxtla 20:55-dən başlayaraq 3 iyul gecə 01:50-dək davam edəcək. Bu hadisə Azərbaycanda hiss olunmayacaq və ölkəmizə hansısa təsiri olmayacaq”.