Bu ilin yanvar-may aylarında Azərbaycana 15 585 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Əmlak eksperti Ramil Osmanlı Sputnik Azərbaycan-a deyir ki, avtomobil idxalının artması müsbət haldır:
“Bu bazarın inkişafına təsir edən məqamdır. Bu məsələnin həll yolu avtomobil idxalına qadağaların tətbiq edilməsi olmamalıdır. Avtomobillərin artımının yaradacağı problemlərin həlli üçün yol infrastrukturu yenilənməlidir. İdxalın artması alıcılıq qabiliyyətinin artmasını göstərir. Azərbaycan istehsalçı ölkə olmadığına görə idxal təbii prosesdir. Əksinə, idxalın azalması mənfi hal kimi qəbul edilə bilər”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz