Yevlaxda qohumunu öldürən şəxs tutulub

Əvvəllər məhkum olunmuş Nicat Hüseynov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 1 iyul — Sputnik. Yevlax şəhər sakini Nicat Hüseynovun qətlində şübhəli bilinən qohumu Murad Hüseynov saxlanılıb.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

Sputnik Azərbaycan-ın məlumatına görə, Yevlax rayonunun Malbinəsi kəndi ərazisindən şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qohumu Murad Hüseynov saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.