Rusiya S-500 istehsalına başlayıb

"Rostex" rəhbəri qeyd edib ki, Rusiya yeni silahı hələlik heç bir pul müqabilində satmağa hazırlaşmır
Sputnik

BAKI, 30 iyun — Sputnik. Rusiyada hava hücumundan müdafiə və raket əleyhinə ən yeni S-500 "Prometey" müdafiə sistemlərinin istehsalına başlayıblar.

NATO "S-400"dən qorxmalıdır – səbəbi...

Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu "Rostex"in baş birektoru Sergey Çemezov deyib.

S.Çemezov bildirib: "Bu gün bizdə S-500 hazırlanmağa başlayır. Bu, daha müasir kompleksdir (S-400-lərlə müqayisədə - red.), mən onun haqqında danışmaq istəməzdim".

"Rostex" rəhbəri qeyd edib ki, Rusiya yeni silahı hələlik heç bir pul müqabilində satmağa hazırlaşmır. O, əlavə edib ki, sistem ilk növbədə Rusiya ordusu üçün hazırlanır. Çemezovun sözlərinə görə, orduya müasir silahlar veriləndən sonra S-500-lərin satışı barəsində düşünmək olar.