İDMAN

Kubalı Azərbaycana qızıl medal gətirdi

Azərbaycan boksçusu Avropa Oyunlarının qalibi olub
Sputnik

BAKI, 29 iyun - Sputnik. Minskdə keçirilən II Avropa Oyunlarında boksçuların final döyüşləri keçirilir. Azərbaycan yığmasının üzvü Alfonso Dominges də həlledici döyüşünə çıxıb.

Bu, 81 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz finalda britaniyalı Bencamin Vittakerlə görüşüb. Boksçumuz 3:2 hesabı ilə qələbə qazanıb. 

Bu, Azərbaycan boks millisinin Avropa Oyunlarında ikinci medalı olub. Domingesə qədər Lorenzo Sotomayor yarışların bürünc mükafatını əldə edib. 

Domingesin mükafatı Azərbaycan millisinin Minsk-2019-da 4-cü qızıl medalı olub.