Türkiyəyə qarşı düşmən addım atıldı: Senat "F-35"lərlə bağlı qərar verdi

Rusiyadan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə çatıdırılmasının yolverilməz olduğu qeyd olunur
Sputnik

BAKI, 28 iyun — Sputnik. Birləşmiş Ştatlar Senatı 5-ci nəsil "F-35" qırıcı təyyarələrinin Türkiyəyə tədarükünün qadağan olunmasına dair qərar qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Senatın 2020-ci il üçün təsdiqlədiyi müdafiə büdcə layihəsində qeyd olunur.

Rusiyada yenə təyyarə faciəsi: Ölən və yaralılar var - VİDEO

Məlumatda qeyd olunur ki, büdcə layihəsinin 1236-cı bəndidə "F-35"-lərin Türkiyəyə tədarükünün məhdudlaşdırılması göstərilir.

Bundan əlavə, qanun layihəsində "F-35" təyyarələrinin texniki xidməti ilə bağlı olan avadanlıqların, intellektual mülkiyyət və texniki məlumatların Türkiyə Respublikası ərazisinə ötürülməsi də qadağan edilir.

Eyni zamanda, Rusiyadan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə çatıdırılmasının yolverilməz olduğu qeyd olunur.

Xatırladaq ki, iyunun 11-i ABŞ-ın Arizona ştatının "Lyuk" hərbi bazasında "F-35" tipli qırıcı-bombardmanlarında təlim keçən türk pilotlar təlimlərdən uzaqlaşdırılıblar. Bu qərar Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri almasından sonra Vaşinqtonla aparılan danışıqlar fonunda verilib.

"Nazirliyə məlumdur ki, türk pilotlar... uçuşlar həyata keçirmirlər" - deyə Pentaqonun rəsmi təmsilçisi Mayk Endryus bildirib.

"Əgər Türkiyə öz siyasətini dəyişməsə, onda biz onun "F-35" proqramından çıxarılmasıyla bağlı müttəfiqimiz Türkiyə ilə əməkdaşlığımızı sıx şəkildə davam etdirəcəyik" - Endryus vurğulayıb.

“Türk Hava Yolları”na məxsus təyyarə qəza enişi edib

Qeyd edək ki, iyunun 8-i Birləşmiş Ştatlar və Türkiyə arasında Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri ilə bağlı gərginlik pik nöqtəsinə çatıb. Pentaqon rəhbəri Patrik Şanahan (Patrick Shanahan) "F-35" tipli yeni nəsil qırıcılarla bağlı Türkiyə Müdafiə naziri Hulusi Akara məktub göndərib. Bununla da ABŞ Türkiyənin "F-35" qırıcıları proqramından çıxarılması yolunda ilk addımı atıb. Belə ki, Pentaqon rəhbəri Hulusi Akara yazdığı məktubda "F-35" tipli qırıcılarda təlim keçən türk pilotların 31 iyula qədər proqramdan ayrılacaqlarını və proqram çərçivəsində yeni təlim keçilməyəcəyini qeyd edib.

Məktubda, həmçinin qeyd olunur ki, Türkiyənin Rusiyadan "S-400" müdafiə sistemi almaqdan imtina etməməsi halında Türkiyənin "F-35" proqramından çıxarılmasına istiqamətlənəcək başqa addımların atılacağı da qeyd olunub.

https://www.congress.gov/bill/116th-congress/senate-bill/1790/text