Putinlə Trampın kritik görüşün vaxtı açıqlandı

"G-20" sammiti iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində baş tutacaq
Sputnik

BAKI, 27 iyun — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Rusiyalı həmkarı Vladimir Putinlə Yaponiyanın Osaka şəhərində keçirilən "G-20" sammiti çərçivəsində sabah görüşəcək. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Ağ Evin yaydığı məlumatda görüşün yerli vaxtla 14:00-da (Bakı vaxtı ilə saat 09:00-da) başlayacağı bildirilir.

Politoloq Tramp-Putin görüşündən danışdı: dərin problemlər həll edilməyəcək

Ağ Ev eyni zamanda Trampın sammitdə görüş qrafikini də açıqlayıb. Məsələn? onun Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salman əl Saudla görüşünə ümumilikdə 15 dəqiqə ayrılıb. Çünki Tramp ondan dərhal sonra Yaponiya Baş naziri Sindzo Abe ilə görüşəcək.

Trampın Putindən sonra növbəti görüşü 1,5 saat sonra olacaq. ABŞ prezidenti braziliyalı həçkarı Jair Bolsonaru ilə görüşəcək.

Xatırladaq ki, "G-20" sammiti iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində baş tutacaq.