BAKI, 27 iyun — Sputnik. Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sabah" futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sputnik Azərbaycan xəbər verir ki, Qvineya əsilli fransalı futbolçu Amadu Diallo bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaq. Klubdan verilən açıqlamaya görə, 25 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Diallo karyerası ərzində "Monako B" (Fransa), "Namur" (Belçika), "Vayt Star" (Belçika), "Serkl Brügge" (Belçika) klublarının uğurları üçün çalışıb. O, son mövsümdə Fransanın "Red Star" klubunda çıxış edib.
Qeyd edək ki, Amadu Qvineya millisinin U-23 komandasının da üzvü olub.