BAKI, 27 iyun - Sputnik. Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarında qızıl medal qazanıb.
65 kq çəkidə yer alan 28 yaşlı pəhləvan finalda Vladimir Xinçeqaşvilini məğlubiyyətə uğradıb.
Qeyd edək ki, daha öncə 57 kq çəkidə yer alan sərbəst güləşçi Mahir Əmiraslanov qızıl medal əldə edib.