CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Minskdə ilk qızıl medalını qazandı

İdmançımız 9:1 hesabı ilə qalib gəlib
Sputnik

BAKI, 26 iyun — Sputnik. Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında sərbəst güləş üzrə ilk mükafatçılar müəyyənləşib.

Azərbaycan Minskdə ilk qızıl medalını qazandı

Sputnik Azərbaycan APA-ya istinadla bildirir ki, medallar uğrunda qarşılaşmalara 57 kq çəki dərəcəsində mübarizə aparan güləşçilər start veriblər. 

Azərbaycan güləşçisi Mahir Əmiraslanov qızıl medal uğrunda görüşdə qüvvəsini sınayıb. O, Stevan Miçiçlə (Serbiya) üz-üzə gəlib.

Azərbaycan Minskdə ilk qızıl medalını qazandı

9:1 hesabı ilə qalib gələn idmançımız Avropa Oyunlarının çempionu adına yiyələnib. O, Azərbaycan yığmasının II Avropa Oyunlarındakı ilk qızıl medalını qazanıb. Bu medal millimizin Minsk-2019-da 12-ci mükafatı olub. Bunadək idmançılarımız 4 gümüş və 7 bürünc əldə etmişdilər.

Qeyd edək ki, bu gün daha üç sərbəst güləşçimiz medal uğrunda mübarizə aparacaq. Hacımurad Hacıyev (74 kq), Aleksandr Qostiyev (86 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.