CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qoruqlara giriş bu şəxslər üçün pulsuz olacaq

"Həm ziyarət, həm ticarət" prinsipi xeyli adamın işinə yarayacaq
Sputnik

BAKI, 25 iyun — Sputnik. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tabeliyində olan qoruqlara turlar təşkil edəcək bələdçiləri Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının vahid sistemindən qeydiyyatdan keçməyə dəvət edir.

"Yanardağ"da qiymət artımı ilə bağlı açıqlama

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, 31 iyul 2019-cu il tarixinədək qüvvədə olacaq qeydiyyat prosesinin tətbiqində məqsəd xarici turistlər üçün Agentliyin tabeliyində olan "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq, "Basqal" Dövlət Tarix-Mədəniyyət, "Xınalıq" Dövlət Tarix Memarlıq və Etnoqrafiya, "Lahıc" Dövlət Tarix-Mədəniyyət, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq (Şəki şəhəri "Karvansaray" Mehmanxana Kompleksi daxil olmaqla), "Kiş" Tarix-Memarlıq Qoruqlarına turlar təşkil edəcək turizm agentliklərinin nümayəndələrini və bələdçilərini bu qoruqlara yerli ziyarətçilər üçün nəzərdə tutulan giriş haqqından (2 AZN) azad etməkdir.

Bu addımda məqsəd, həmçinin Azərbaycandakı müxtəlif turist qrupları ilə çalışan bələdçilərin peşə standartlarını təkmilləşdirmək, ölkəmizi ziyarət edən yerli və əcnəbi turistlərə keyfiyyətli xidmətin göstərilməsinə zəmin yaratmaqdır. 

Turizm ölkəsində ödəmə problemi: Qərar var, amma işlək deyil
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası turizm agentlikləri nümayəndələrinin və bələdçilərin qeydiyyat zamanı daxil edəcəkləri məlumatların təhlükəsizliyinə və şəxsi icazələri olmadan üçüncü tərəfə ötürülməyəcəyinə təminat verir.

31 iyul 2019-cu il tarixinə qədər qeydiyyatdan keçməyən turizm agentlikləri nümayəndələri və bələdçilər 1 avqust 2019-cu il tarixindən etibarən yuxarıda adları sadalanan qoruqlara 2 AZN ödəməklə daxil ola biləcəklər. Qeydiyyatdan keçmək üçün bu keçiddən istifadə edə bilərsiniz: http://bit.ly/2Lbu5fn . Qeydiyyat prosesi ilə bağlı hər hansı bir sualınız yaranarsa, (012) 505 87 04 nömrəsi vasitəsilə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası ilə əlaqə saxlaya bilərsiniz.