CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Megafun" partlayışının əks-sədası - komitə xəbərdarlıq edir

Uşaqlar üçün əyləncə seçərkən diqqətli olmaq gərəkdir
Sputnik

BAKI, 25 iyun — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda “Megafun” əyləncə mərkəzində baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

Sputnik Azərbaycan-a Komitədən bildirilib ki, uşaqların daha çox vaxt keçirdiyi əyləncə mərkəzlərində ciddi təhlükəsizlik tədbirlərinin görülməsi zəruridir: 

Dənizkənarı istirahət mərkəzlərində təhlükə
“Hadisənin nəticələrindən dolayı təəssüfləndiyimizi bildiririk. Hazırda hadisə aidiyyəti orqanlar tərəfindən ciddi şəkildə araşdırılır və təhlükəsizlik tədbirlərinin ciddiləşdirilməsi ilə bağlı lazımi tədbirlər görülür. Valideynlərə isə uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq, onların psixo-emosional sferasını zədələməyəcək əyləncə formalarına üstünlük vermələrini, uşaqları psixikanın həssas inkişaf dövründə səs-küylü, qarışıq rəng çalarlı məkanlardan mümkün qədər uzaq tutmalarını məsləhət görürük”.

Bununla yanaşı, valideynlərə yay mövsümü ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən edilmiş xəbərdarlıqlara ciddi şəkildə riayət etmələri, yay mövsümündə uşaqları açıq havada, hovuz kənarında, çimərliklərdə nəzarətsiz buraxmamaqla yanaşı, onların rəngli su və şirniyyat məmulatları, tez xarab olan, dondurma və bu qəbildən olan qidaların qəbulu zamanı ehtiyatlı olmaları tövsiyə olunur.

Qeyd edək ki, iyunun 22-də “Megafun” əyləncə mərkəzində helium şarlarının partlaması nəticəsində baş vermiş alışma nəticəsində səkkiz nəfər (üçü uşaq olmaqla) xəsarət alıb.