SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putindən vacib qərar: embarqonun müddətini uzatdı

Malların sərhədi keçməsi halında onların məhv edilməsi tələb olunur
Sputnik

BAKI, 24 iyun — Sputnik. Prezident Vladimir Putin anti-Rusiya sanksiyalarına cavab olaraq tətbiq edilmiş ərzaq embarqosunun qüvvədə olma müddətini 2020-ci il dekabrın 30-na kimi uzadıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda Rusiya Prezidentinin fərmanı rəsmi hüquqi informasiya portalında yerləşdirilib.

Rusiyanın məşhur enerji layihəsini yeni sanksiyalar gözləyir

Fərman imzalandığı gündən qüvvəyə minir.

Putin "Rusiya Federasiyasının təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunan xüsusi iqtisadi tədbirlər" haqqında fərmanı 2015-ci ildə imzalayıb.

Fərmana əsasən, Avropa İttifaqı, ABŞ, Avstraliya, Kanada və digər ölkələrdən ərzaq məhsullarının ölkəyə gətirilməsinə qadağa qoyulur. Bu addım adı çəkilən ölkələr tərəfindən tətbiq olunmuş anti-Rusiya sanksiyalarına cavab olaraq atılıb.

Bu malların sərhədi keçməsi halında onların məhv edilməsi tələb olunur.