BAKI, 24 iyun — Sputnik. İranın informasiya və kommunikasiya texnologiyaları naziri Cavad Azəri Cəhromi bəyan edib ki, Birləşmiş Ştatların heç bir kiber hücumu İslam Respublikasının raketlərə idarə sistemlərinə zərər yetirə bilməyib.
Sputnik Azərbaycan xəbər verir ki, bu haqda İran mediası yazıb.
Bir qədər əvvəl xəbər verilirdi ki, Prezident Donald Tramp İran raketlərinin buraxılmasında istifadə olunan kompüter sistemlərinə hücum məqsədli kiber əməliyyatların keçirilməsinə icazə verib.
"Onlar (ABŞ – red.) çox cəhd ediblər, lakin hələ ki, heç bir hücum uğurla başa çatmayıb, - deyə nazir vurğulayıb. - Media nümayəndələri kiber hücumlar haqqında məlumatların nə dərəcədə həqiqətə uyğun olduğunu soruşurlar. Biz artıq uzun müddətdir ki, kiber terrorizmlə vuruşuruq".
Nazir əlavə edib ki, keçən il İran 33 milyon belə hücumu zərərsizləşdirib.