İDMAN

Dünya nəhəngləri 19 yaşlı türk gənci istəyir

Bütün dünyanın gözü ondadır – İndiki qiyməti 15 milyon avrodur
Sputnik

BAKI, 23 iyun — Sputnik. İtaliyanın "Milan" klubu Almaniyanın "Ştutqart" klubunun müdafiəçisi Ozan Kabakı heyətinə qatmaq niyyətindədir. Sputik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, "Milan" 19 yaşlı futbolçu üçün 15 milyon avro ödəmək niyyətindədir.

Türkiyəli futbolçunu, həmçinin İngiltərə klubları da heyətinə qatmaq istəyir. "Arsenal", "Mançester Yunayted" və "Tottenhem" klubları Ozan Kabakla maraqlanır.

Qeyd edək ki, Ozan Kabak 11 milyon avro qarşılığında "Qalatasaray"-dan "Ştutqart"-a keçmişdi.