İDMAN

Məşhur cüdoçumuz yenə də medalsız qalmadı

Azərbaycan cüdoçusu Hidayət Heydərov "Minsk 2019" II Avropa Oyunlarında bürünc medal qazanıb
Sputnik

BAKI, 23 iyun - Sputnik. Azərbaycan cüdoçusu Hidayət Heydərov "Minsk 2019" II Avropa Oyunlarında bürünc medal qazanıb. 

Sputnik Azərbaycan Oyunların saytına istinadən xəbər verir ki, 73 kq çəkidə yer alan Heydərov 3-cü yer uğrunda görüşdə gürcüstanlı Laşa Şavdatuaşvilini məğlub edib.

Bu, Azərbaycan idmançılarının "Minsk 2019"da 5-ci medalıdır.