İDMAN

Növbəti medal sambo yarışından gəldi

Ağasif Səmədov millimizin hesabına gümüş mükafat yazdırıb
Sputnik

BAKI, 23 iyun - Sputnik. Azərbaycan yığması Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında 7-ci medalını qazanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, növbəti mükafat sambo yarışlarında qazanılıb.

52 kq çəki dərəcəsində çıxış edən samboçumuz Ağasif Səmədov millimizin hesabına gümüş mükafat yazdırıb. O, finalda ermənistanlı Tiqran Kirakosyanla qarşılaşıb. Təmsilçimiz məğlub olub.