İDMAN

Azərbaycan Avropa Oyunlarında növbəti medalını qazandı

Rüstəm Orucov Avropa Oyunlarında gümüş medal qazanıb
Sputnik

BAKI, 23 iyun - Sputnik. Azərbaycan cüdoçusu Rüstəm Orucov "Minsk 2019" II Avropa Oyunlarında gümüş medal qazanıb. 

Sputnik Azərbaycan-ın Oyunların saytına istinadən verdiyi məlumata görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda isveçli Tomas Masiasa məğlub olub.

Bu, Azərbaycanın "Minsk 2019"da 6-cı medalı olub.