BAKI, 22 iyun — Sputnik. "Megafun" Əyləncə Mərkəzində insan tələfatı və yanğınla nəticələnən partlayışın baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi polis-mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, həmin əyləncə mərkəzində ailə tədbirlərinin birində asılmış helium şarları animatorların ehtiyatsızlığından partlayıb. Nəticədə 2 azyaşlı və 4 böyük olmaqla 6 nəfər yüngül bədən xəsarətləri alıb. Onlara tibbi yardım göstərilib və həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı animatorlar Xətai Rayon Polis İdarəsində dindirilərək izahatları alınıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.