MƏDƏNİYYƏT

Azərbaycanlı rejissor beynəlxalq mükafat aldı

Elmar İmanov "Mövsümün sonu" ilə sözünü dedi
Sputnik

BAKI, 22 iyun — Sputnik. "Zerkalo" festivalının nəticələri elan olunub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, 14 iyun tarixindən başlayan festival artıq başa çatıb.

Tələbələr üçün Rusiyada kino təhsili almaq şansı

Kantemir Balaqovun "Dılda" filmi festivalın qran-prisini qazanıb. Ən yaxşı rejissor işinə görə isə Benjamin Nayştat layiq görülüb. O, festivalda 5 ölkənin (Argentina, Fransa, Niderland, Braziliya, Almaniya) birgə istehsalı olan "Qırmızı" filmi ilə təmsil olunub. "Gözəl və ifadəli oyun" nominasiyası üzrə fransız təmsilçi "Kağız bayraqlar" filmi seçilib.

Sözügedən festivalda azərbaycanlı rejissor da iştirak edib. Elmar İmanov "Unikal müəllif baxışı"na görə birinciliyi adına yazdıra bilib. Rejissorun təqdim etdiyi "Mövsümün sonu" filmi Azərbaycan, Almaniya və Gürcüstanın birgə istehsalıdır.

Qeyd edək ki, Andrey Tarkovskinin adını daşıyan "Zerkalo" Beynəlxalq kino festivalı sayca 13-cüdür.