CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Minskdə ilk medalını qazandı

Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycanı ilk sevindirən gimnastlarımız oldu
Sputnik

BAKI, 22 iyun — Sputnik. Azərbaycan "Minsk 2019" II Avropa Oyunlarında ilk medalını qazanıb.

Sputnik-Azərbaycan "Report"a istinadən xəbər verir ki, akrobatika gimnastikası növündə qarışıq cütlərin dinamik hərəkətlər yarışında Ruhidil Qurbanlı-Abdulla Əl-Məsaihi ikilisi fərqləniblər. Onlar 28,830 xalla gümüş medal əldə ediblər.

Yarışın qalibi 29,060 xalla Viktoriya Aksenova – Kirill Startsev (Rusiya) cütlüyü olub. Üçüncü yeri isə 28,810 xalla Artur Belyakov – Olqa Melnik (Belarus) cütlüyü tutub.