BAKI, 21 iyun — Sputnik. Gürcüstan parlamentinin binası önündə baş verən qarşıdurma zamanı yaralıların sayı 240-a çatıb. Sputnik Gürcüstan xəbər verir ki, bunu Gürcüstanın Səhiyyə nazirinin müavini Zaza Boxua bildirib.
Onun sözlərinə görə, yaralılardan 80-i polis əməkdaşlarıdır. O, qeyd edib ki, hazırda 102 pasiyent Tbilisi xəstəxanalarındadır.
Qeyd edək ki, Gürcüstan müxalifəti iyunun 20-də parlament qarşısında toplaşaraq dünən Bakıya səfərə gələn parlament spikeri İrakli Kobaxidzenin istefasını tələb edib. Etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma baş verib.
Gürcüstan Baş Naziri Mamuka Baxtadze isə bəyan edib ki, Tbilisinin mərkəzində kütləvi qarşıdurmanın təşkilatçıları, bu insidentlə bağlı buraxılan səhvlərə görə həm müxalifət, həm də hakim komandanın üzvləri məsuliyyətə cəlb olunacaqlar.