SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gürcüstan parlamentinin yeni sədrinin adı açıqlandı

Kobaxidzenin ölkədə baş verən son hadisələr fonunda tutduğu vəzifədən istefa verməyinə dair məlumat yayılıb
Sputnik

BAKI, 21 iyun — Sputnik. Gürcüstan Parlamentinin yeni sədri hakim partiyanın üzvü Arçil Talakvadze olacaq. Sputnik Gürcüstan xəbər verir ki, bunu "Gürcü Arzusu" partiyasının parlamentdəki fraksiyasının lideri Mamuka Mdinaradze bildirib.

Gürcüstanda dövlət çevrilişinə cəhd, Prezident təcili ölkəyə qayıdır

"Mən deyə bilərəm ki, digər namizəd heç nəzərdən belə keçirilmir və parlament çoxluğu Arçil Talakvadzeni dəstəkləyəcək", - Mdinaradze deyib.

Xatırladaq ki, daha əvvəl Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin ölkədə baş verən son hadisələr fonunda tutduğu vəzifədən istefa verməyinə dair məlumat yayılıb.

Müvafiq qərar hakim partiyanın "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyasının siyasi şurasının iclası zamanı verilib. İclasda Azərbaycana səfərini yarımçıq qoyan Kobaxidzenin özü də də iştirak edib. 

Gürcüstanda hakim partiyanın baş katibi Kaxa Kaladze parlamentinin sədrinin istefası barədə xəbəri təsdiqləyib.

Rusiya XİN-dən Gürcüstandakı hadisələrə reaksiya

Qeyd edək ki, Gürcüstan müxalifəti iyunun 20-də parlament qarşısında toplaşaraq dünən Bakıya səfərə gələn parlament spikeri İrakli Kobaxidzenin istefasını tələb edib. Etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma baş verib.

Gürcüstan Baş Naziri Mamuka Baxtadze isə bəyan edib ki, Tbilisinin mərkəzində kütləvi qarşıdurmanın təşkilatçıları, bu insidentlə bağlı buraxılan səhvlərə görə həm müxalifət, həm də hakim komandanın üzvləri məsuliyyətə cəlb olunacaqlar.