İDMAN

"Körpə" futboldan gedir

Fernando Torres açıqlama üçün gün təyin elədi
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 21 iyun — Sputnik. İspaniya millisinin sabiq üzvü Fernando Torres karyerasına son qoyub

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə 35 yaşlı futbolçu şəxsi "Twitter" hesabından məlumat yayıb. "El Ninyo" ("Körpə) ləqəbli oyunçu iyunun 23-də Yaponiyada mətbuat konfransı keçirəcəyini və bu qərarı nə üçün verdiyini izah edəcəyini bildirib.

2000-ci ildə "Atletiko" ilə müqavilə imzalayan Torres 2007-ci ildə 38 milyon avro qarşılığında "Liverpul"a keçib. 4 mövsüm Mersisayd təmsilçisində çıxış edən hücumçu 2011-ci ildə 58,5 milyon avro müqabilində "Çelsi"yə transfer olub. "Çelsi"dən sonra bir müddət "Milan"da icarə əsasında çıxış edən Torres 2016-cı ildə "Atletiko"ya qayıdıb. O, 2018-ci ilin yayından Yaponiyanın "Saqan Tosu" klubunda çıxış edir.

Qeyd edək ki, İspaniya millisində 110 dəfə forma geyinən Torres yığmada 38 qola imza atıb.