İNFOQRAFİKA

Cəbiş müəllim hamını güldürən sənətkar haqqında

Cəbiş müəllim bu dəfə Azərbaycan səhnəsinin korifey sənətkarlarından biri, istedadlı komediya ustası, xalq artisti Hacıbaba Bağırovdan söz açır.
Sputnik

Hacıbaba Bağırovun milli koloritli obrazları milyonlarla insanın sevimli personajına çevrilib. Sənətkarı xatırlayanda istər-istəməz hamının simasında gülüş yaranır. 

Azərbaycan kinosu və teatrını dadlı-duzlu oyunu ilə seçilən Hacıbaba Bağırovsuz təsəvvür etmək mümkün deyil. Qüdrətli sənətkarın teatrla yanaşı milli kinomuza verdiyi töhfələr ölçüyəgəlməzdir.

Sputnik Azərbaycan-ın növbəti Cəbiş müəllim buraxılışında istedadlı aktyorun yaradıcılıq yoluna nəzər salınır.