İDMAN

Bu yarışda kim uduzdu, kim uddu?

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarına start verilib.
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 21 iyun — Sputnik. Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarına start verilib. Sputnik Azərbaycan xəbər verir ki, ilk olaraq 56 kq çəki dərəcəsində mübarizə aparan kişi boksçular "Uruçye Arena"nın rinqinə çıxıblar. Azərbaycan yığmasının heyətində qüvvəsini sınayan ilk boksçu Tayfur Əliyev olub. O, 1/16 finalda Boyan Asenovla (Bolqarıstan) qarşılaşıb. 3:2 hesabı ilə qələbə qazanan boksçumuz növbəti mərhələyə adlayıb. Əliyev 1/8 finalda ukraynalı Nikola Butsenko ilə qarşılaşacaq. Bu görüş iyunun 24-də keçiriləcək.

Rinqə çıxan növbəti boksçumuz 91 kq çəki dərəcəsində çıxış edən Rahil Məmmədli 1/16 final görüşünü keçirib. Təmsilçimiz "Urçiye Arena"nın rinqində bolqarıstanlı Radoslav Panteleyevlə qarşılaşıb. Qarşılaşmadan məğlub ayrılan təmsilçimiz Avropa Oyunlarında mübarizəni dayandırıb.

İlk yarış günündə +91 kq çəki dərəcəsində çıxış edən kişi boksçuların mübarizəsinə də start verilib.

Azərbaycan milli komandasının üzvü Məhəmməd Abdullayev bolqarıstanlı Petar Belberovla qarşılaşıb. 1:4 hesabı ilə uduzan M.Abdullayev də Minsk-2019 Avropa oyunlarına əlvida deyib.