Terrorçularla müharibənin sonuncu mərhələsi başlayır – Səfir

Həddad bildirib ki, silahlılar başqa ölkələrə qaçırlar, bu isə yeni terror aktları dalğasına gətirib çıxara bilər
Sputnik

BAKI, 20 iyun — Sputnik. Suriyada terrorçularla müharibənin sonuncu mərhələsi başlayır. Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Suriyanın Rusiyadakı səfiri Riyad Həddad deyib.

Politoloq Suriya ətrafında baş verən pərdəarxası proseslərdən danışır

Onun sözlərinə görə, silahlılar başqa ölkələrə qaçırlar, bu isə yeni terror aktları dalğasına gətirib çıxara bilər.

Həddad bildirib ki, terrorçular Suriyada yalnız döyüş qabiliyyəti deyil, həmçinin böyük maliyyə və texnoloji potensialdan istifadə etməyə imkan verən taktiki və strateji imkanlar əldə ediblər.

Onun sözlərinə görə, bununla terrorçular daha çox insanı öz tərəflərinə çəkmək və uzaq məsafələrdən tapşırıqlar və əmrlər vermək imkanını əldə edəcəklər.

Suriyada münaqişə 2011-ci ildən bəri davam edir. 2017-ci ilin sonunda regionda İŞİD terror təşkilatı üzərində qələbə çalındığı bəyan edilmişdi. Lakin ayrı-ayrı ərazilərin terrorçulardan təmizlənməsi davam edir.