CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiyaçılara da xoş xəbər: Minimum məbləğ artırılır

Əmək pensiyalasının minimum məbləğinin artırılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
Sputnik

BAKI, 20 iyun – Sputnik. Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyə baxılır.

Özəl fondlar gəlir: Pensiya yaşına çatmadan təqaüd almaq mümkün ola bilər

Sputnik Azərbaycan xəbər verir ki, dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə əlaqədardır.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Bundan əvvəl əmək pensiyasının minimum məbləği 160 manat təşkil edib.

Qanun layihəsi Milli Məclisin iyunun 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.