MƏDƏNİYYƏT

Xalq yazıçısı “Nəsimi ili” haqqında: dünya bizim ədəbiyyatımızı tanımalıdır

Xalq yazıçısı, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə deyir ki, bu ilin “Nəsimi ili” elan edilməsi çox önəmlidir
Sputnik

“Nəsimi Azərbaycanın böyük şairidir və dünyaya tanıdılmalıdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Xalq yazıçısı, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə deyib.

“Bizim belə şairlərimiz çoxdur.  Bədnam qonşularımız hər şeyimizi mənimsəyirlər. Buna görə də bu ilin “Nəsimi ili” elan edilməsi çox önəmlidir. Dünya bizim mədəniyyətimizi görməli, ədəbiyyatımızı tanımalıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan edib.

Natiq Rəsulzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz