Mətbuat mərkəzi

“Qardaş, tələsirəm!” – piyadalar yol hərəkət qaydalarına nə üçün riayət etmək istəmirlər

Son 5 ay ərzində Azərbaycanda 303 piyadavurma faktı qeydə alınıb. 123 nəfər dünyasını dəyişib, daha 195 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Sputnik

Bu gün Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransının hədəfi də məhz bu aktual məsələni daha araşdırmaq, piyadaları maarifləndirmək və bu rəqəmin minimuma endirilməsi üçün görülən tədbir planını müzakirə etmək olub.

Yol hərəkəti ilə bağlı islahatlar yol qəzalarında ölüm sayını azalda biləcəkmi?

Müzakirədə DİN BDYP idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rüfət Quliyev, “Sürücülərin təhsilinə yardım” ictimai birliyinin rəhbəri Fazil Məmmədov və hüquqşünas Ərşad Hüseynov iştirak edib.

Yol Polisi İdarəsənin nümayəndəsi qorxunc statistik məlumatları paylaşıb və bu problemin aradan qaldırılması üçün idarənin gördüyü tədbirlərdən və rastlaşdığı çətinliklərdən danışıb.

Ərşad Hüseynov əminliklə bildirib ki, Azərbaycanda bir çox piyada yol hərəkət qaydalarını əzbərləsə də, onların nə üçün olduğunu tam dərk edə bilməyib.