CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müəllimlərin maaşı konkret nə qədər artacaq? - Açıqlama

Pedaqoji staj 18 ildən çox olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 594 manat oldu (əvvəl 495 manat idi), 99 manat artdı
Sputnik

BAKI, 19 iyun — Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamdan sonra müəllimlərin əmək haqqı barədə təhsil eksperti Kamran Əsədov açıqlama yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ekspert öz "Facebook" səhifəsində yazıb. 

O, qeyd edib ki, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları aşağıdakı kimi hesablanacaq.

Belə ki, pedaqoji staj 3 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 462 manat oldu (əvvəl 385 manat idi), 77 manat artıb, pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 496 manat oldu (əvvəl 413 manat idi), 83 manat, pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 522 manat oldu (əvvəl 435 manat idi), 87 manat, pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 555 manat oldu (əvvəl 462 manat idi), 93 manat, pedaqoji staj 18 ildən çox olduqda bir stavka dərs yükü (18 saat) olmaqla 594 manat oldu (əvvəl 495 manat idi), 99 manat artıb.

Təhsil Nazirliyi müəllimlərin maaşlarının artımı haqda məlumat yaydı

"Elmi dərəcə, kitab müəllifliyi və s. – Təsir edən amillərdən biri də məhz elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edənlər, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslər, ümumi təhsil müəssisələrində istifadə edilən dərslik və ya müəllim üçün metodik vəsaitlərin müəllifləri ilə bağlıdır. Yuxarıda sadalanananlardan istənilən biri olduğu halda maaşa 45 manat əlavə olunur. Fəlsəfə doktoru olduğunuz halda 60, elmlər doktoru olanda isə maaşa 100 manat əlavə olunur. "Əməkdar" fəxri adında 100 manat, "xalq" fəxri adında isə maaşa 150 manat əlavə nəzərdə tutulur" - deyə o əlavə edib.