İDMAN

UEFA-nın keçmiş prezidenti Mişel Platini azadlığa buraxılıb

Platini futbol üzrə 2022-ci il dünya çempionatının keçirilməsi yerinin seçkiləri zamanı korrupsiya işi üzrə saxlanılmışdı
Sputnik

BAKI, 19 iyun — Sputnik. UEFA-nın keçmiş prezidenti Mişel Platini azadlığa buraxılıb.

"Report" xəbər verir ki, bu barədə "France Presse" məlumat yayıb.

Platininin izi ilə: 2022-ci ilin futbol üzrə dünya çempionatı Qətərdən alına bilər

Platini futbol üzrə 2022-ci il dünya çempionatının keçirilməsi yerinin seçkiləri zamanı korrupsiya işi üzrə saxlanılıb. Onun nümayəndəsi Jan-Kristof Alke iddia edirdi ki, məmuru şahid ifadələrini vermək üçün həbs ediblər. Bu ona görə edilib ki, prosesə cəlb edilmiş digər şəxslər təhqiqat çərçivəsində razılaşa bilməsinlər.

Qeyd edək ki, o, ötən gün həbs edilib. Mişel Platini UEFA-ya 2007-2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə enib.