BAKI, 19 iyun — Sputnik. Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski etiraz əlaməti olaraq Dövlət Dumasının plenar iclasının keçirildiyi zalı tərk edib.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, Jirinovski bunu deputatların Liberal Demokrat Partiyası tərəfindən təqdim olunmuş qanun layihəsini qəbul etməkdən imtinasına cavab olaraq edib.
Partiya tərəfindən müzakirəyə təqdim olunmuş qanun layihəsində rus əsilli xaricilərə Rusiya Federasiyası vətəndaşlığının verilməsinin sadələşdirilməsi nəzərdə tutulub. Bunun üçün xarici vətəndaşın ən azından bir valideyninin rus əsilli olduğunu təsdiq edən sənəd olmalıdır.
Plenar iclasın əvvəlində Jirinovski 2016-cı ildə müzakirəyə təqdim edilmiş bu qanun layihəsinin uzun müddətdir ki, müzakirə olunmamasına qəzəblənib, Dövlət Dumasının qanun layihəsini rədd etməsindən sonra isə etiraz əlaməti olaraq iclası tərk edib.