SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Vaşinqton görüşünün daha bir iştirakçısı ABŞ paytaxtına yola düşüb

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunacaq
Sputnik

BAKI, 19 iyun — Sputnik. Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtonda səfərdədir.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmərinin rəhbəri Leyla Abdullayeva bildirib.

Qeyd edək ki, sabah Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədlərinin iştirakı və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunacaq.