İDMAN

Mişel Platini polis tərəfindən saxlanıldı

Məşhur futbol mütəxəssisi korrupsiyada ittiham edilir
Sputnik

BAKI, 18 iyun — Sputnik. Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) keçmiş sədri, tanınmış futbolçu Mişel Platini polis nəzarəti altına alınıb.

Sputnik Azərbaycan “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, buna fransalı futbol mütəxəssisinin 2022-ci il dünya çempionatının keçiriləcəyi yerlə bağlı seçimlərdə korrupsiyaya yol verməsi ittihamı səbəb olub.

Qeyd edək ki, 2022-ci ildə Dünya çempionatının Qətərda keçirilməsi qərarı 2010-cu ildə verilib. Bundan sonra çempionatın Qətərə verilməsi ilə bağlı qalmaqal yaşanıb. Rəsmi Dohanın çempionatın keçirilməsi qərarı üçün FİFA rəsmilərinə rüşvət verdiyi iddia olunurdu. Lakin FİFA-ya qarşı aparılan araşdırma heç bir korrupsiya faktını ortaya çıxarmamışdı.