BAKI, 18 iyun — Sputnik. Bu gün Mərkəzi Bank (MB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.
MB-dən Sputnik Azərbaycan-a məlumat veriblər ki, depozit hərracında tələb 672,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil edib.
Qeyd edək ki, hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulurdu.
Hərraclar 13 iyun 2016-cı il tarixindən etibarən keçirilir.