İDMAN

Platininin izi ilə: 2022-ci ilin futbol üzrə dünya çempionatı Qətərdən alına bilər

Platininin rüşvət alması öz təsdiqini tapsa, çempionatın Qətərdən alınaraq başqa ölkədə keçirilməsi qərarının veriləcəyi istisna edilmir
Sputnik

BAKI, 18 iyun — Sputnik. 2022-ci ilin futbol üzrə dünya çempionatının Qətərdən alınaraq başqa ölkədə keçirilməsi ehtimalı var.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Futbol Birliyinin fəxri prezidenti, FİFA-nın keçmiş vitse-prezidenti Vyaçeslav Koloskov deyib.

Mişel Platini polis tərəfindən saxlanıldı

Bu gün Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) keçmiş sədri, tanınmış futbolçu Mişel Platini polis nəzarəti altına alınıb.

Buna fransalı futbol mütəxəssisinin 2022-ci il dünya çempionatının keçiriləcəyi yerlə bağlı seçimlərdə korrupsiyaya yol verməsi ittihamı səbəb olub.

Qeyd edək ki, 2022-ci ildə Dünya çempionatının Qətərdə keçirilməsi qərarı 2010-cu ildə verilib. Bundan sonra çempionatın Qətərə verilməsi ilə bağlı qalmaqal yaşanıb. Rəsmi Dohanın çempionatın keçirilməsi qərarı üçün FİFA rəsmilərinə rüşvət verdiyi iddia olunurdu. Lakin FİFA-ya qarşı aparılan araşdırma heç bir korrupsiya faktını ortaya çıxarmamışdı.

"Platininin rüşvət alması öz təsdiqini tapsa, dünya çempionatının korrupsiya mexanizmləri ilə alındığı aşkar olunsa, çempionatın Qətərdən alınaraq başqa ölkədə keçirilməsi qərarının veriləcəyini istisna etmirəm. Lakin bu böyük bir faciə olacaq, dünya futbolunun imicinə böyük ziyan vuracaq", - deyə Koloskov bildirib.