İDMAN

Ramil Şeydayev Bakı ilə belə sağollaşdı - VİDEO

Forvard dronla çəkilmiş videosunu paylaşaraq "Bye-bye Baku" yazıb
Sputnik

BAKI, 16 iyun — Sputnik. Azərbaycan millisinin və "Krılya Sovetov"un futbolçusu Ramil Şeydayev sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

23 yaşlı hücumçu yığmanın oyunlarından sonra paytaxtda bir neçə gün istirahət edib.

O, İçəri Şəhər küçələrində uşaqlarla futbol oynayıb.

Forvard həmin vaxt dronla çəkilmiş videosunu paylaşaraq "Bye-bye Baku" (Hələlik Bakı) yazıb.

Qeyd edək ki. Ramil Şeydayevin də iştirak etdiyi AVRO-2020-nin seçmə oyunlarında Azərbaycan millisi Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə məğlub olub.