İDMAN

Məşhur futbolçu karyerasını bitirmək əvəzinə geri dönür

"Fənərbaxça"nin ulduzu geri dönməyə hazırlaşır
Sputnik

BAKI, 15 iyun — Sputnik. Ötən mövsüm "Fənərbaxça" futbol klubunda oynayan Əmrə Bəlözoğlu yenidən sarı-göy formasını geyməyə hazırlaşır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, təcrübəli futbolçu artıq futbol klubunun rəhbərliyi ilə bu istiqamətdə müxtəlif görüşlərin keçirildiyini və danışıqların davam etdiyini bildirib:

"Bu gün də bəzi görüşlərimiz oldu. Qarşıda da bir neçə görüşümüz olacaq. "Fənərbaxça" formasını geydiyim bir müddətdə də, klubdan ayrıldığım zamanda da onun böyüklüyünü hiss etmişəm. Təkrarən yollarımız kəsişərsə, məmnun olaram. Yenidən bu formanı geymək mənim üçün bir şərəfdir".

Xatırladaq ki, Belözoğlunun 39 yaşı var və ən yaxşı performansını 2000-ci illərin əvvəllərində göstərib.