MƏDƏNİYYƏT

Xalq artisti: "Teatr kollektiv işidir"

Xalq artisti Bəsti Cəfərova ona olan diqqətə görə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrına təşəkkürünü bildirib
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 15 iyun — Sputnik. Akademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yubiley tədbirində çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Bəsti Cəfərovanın sənətkar yolundan danışıb, onu əlamətdar yubileyi münasibəti ilə təbrik edib, daha böyük yaradıcılıq uğurları arzu edib.

Xalq artisti: "Teatr kollektiv işidir"

Azər Paşa Nemətov Mədəniyyət naziri Əbülfəs Qarayevin Bəsti Cəfərovaya ünvanlanan təbrik məktubunu oxuyub.

Azərbaycan Teatr Xadimləri İttifaqı adından Xalq artisti Hacı İsmayılov, Akademik Milli Dram Teatrının kollektivi adından Xalq artisti Ramiz Novruz Bəsti Cəfərovanı təbrik ediblər.

Xalq artisti: "Teatr kollektiv işidir"

Xalq artisti Bəsti Cəfərova ona olan diqqətə görə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrına təşəkkürünü bildirib. Keçdiyi sənət yoluna nəzər salan yubilyar tamaşaçıların sevgisini qazandığına görə özünü xoşbəxt hiss etdiyini deyib:

"Bu günlərdə mənə olan zənglərin ardı-arası kəsilmir. Dostlarım, kolleqalarım, tamaşaçılar zəng edib təbrik edirlər. Yubiley münasibəti ilə teatrda hamı mənim üçün nə isə eləməyə çalışır. Bu, məni çox sevindirir. Hərdən deyirlər ki, aktyorlar bir-biri ilə yola getmirlər. Amma belə deyil. Teatr kollektiv işidir. Mən bu teatra, bu kollektivə xidmət edirəm və bununla qürur hissi keçirirəm. Teatrımızın rəhbəri Azər Paşa Nemətova təşəkkür edirəm ki, bu təntənəni mənim üçün təşkil edib".

Xalq artisti: "Teatr kollektiv işidir"

Qeyd edək ki, yubiley gecəsində Xalq artisti Bəsti Cəfərovanın iştirakı ilə "Qətibə İnanc" tamaşası oynanılıb.