SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yanan tankerlər insidenti: Gizli düşmən kimi batırmağa çalışır?

"Tehranın pis niyyətləri haqda çox fikir yürütmək olar, lakin bu cür insidentlər onun daha da təcrid olunmasına gətirib çıxarır"
Sputnik

BAKI, 15 iyun — Sputnik. Oman körfəzində tanker insidentindən sonra neft ticarətçiləri və diplomatlar Yaxın Şərqdə növbəti qarşıdurmanın yaranacağından ehtiyat etməyə başlayıblar.

Nə baş verdiyi aydındır: iyunun 13-ü "Kokuka Courageous" və "Front Altair" gəmiləri strateji əhəmiyyət daşıyan Oman körfəzindən keçərkən hücuma məruz qalıb. 

Lakin bu hadisənin nə səbəbdən baş verdiyi və onun arxasında kimin durduğunu demək elə də asan deyil, çünki bu hücumlar, çətin ki, regiondakı qüvvələrdən hansısa birinə xeyir gətirsin.

İranlı deputat tankerlərə hücumda ABŞ-ı günahlandırdı

"Kokuka Courageous" tankerinin sahibi bildirib ki, gəmi iki dəfə "hansısa mərmilər" vasitəsilə vurulduqdan sonra yanmağa başlayıb. Gəminin 21 nəfərlik ekipajının yalnız 1 üzvü yaralanıb. Yaxınlıqda olan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Bainbridge" eskadra minadaşıyanı aldığı fəlakət siqnallarına cavab verərək "Kokuka Courageous" tankerindən 21 dənizçini xilas edə bilib. Hücuma məruz qalmış digər tanker "Front Altair"in heyətinin heç bir üzvü xəsarət almayıb.

Xilasetmə əməliyyatı başa çatdıqdan sonra insidentin kimə lazım olduğu sualı ortaya çıxdı. Bu sualın cavabı isə ilk baxışdan göründüyü qədər aydın deyil.             

Əlbəttə ki, bu insidenti bir ay əvvəl BƏƏ-nin Fuceyra limanında baş vermiş hadisəyə bənzədənlər oldu. Fuceyra hadisəsi zamanı dörd gəmi hücuma məruz qalmışdı və o vaxt ABŞ və digər ölkələrin rəsmiləri İranı günahkar bilmişdilər. Ola bilsin, bu dəfə də İranın günahkar olduğu deyilsin. 

Müəllif Nik Peton Uolş (Nick Paton Walsh) "CNN"də dərc olunmuş məqaləsində hadisənin İranın və ya Səudiyyə Ərəbistanının maraqlarına uyğun olub-olmaması sualına cavab verməyə çalışıb: 

Oman körfəzində gərginlik: İki neft tankerinə hücum oldu

Kimə sərf edirdi?

Hər hansı bir gözlənilməz zərbə baş verəndə ruslar adətən bunun kimə sərf etdiyini soruşurlar və hazırda bu sual çox aktualdır.   

İran, çətin ki, bu hadisədən faydalansın. Tehranın pis niyyətləri haqda çox fikir yürütmək olar, lakin bu cür insidentlər onun daha da təcrid olunmasına gətirib çıxarır və ona qarşı hərbi təzyiqi artırmaq istəyənlərin mövqeyini gücləndirir.

Hazırda İran iqtisadiyyatı acınacaqlı vəziyyətdədir. Prezident Donald Tramp ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planından (nüvə razılaşması) çıxmasını bəyan edənədək Tehranın regionda təsiri pik nöqtəsinə çatırdı. Lakin İranın azalan iqtisadi resurslarını nəzərə alsaq, onun təsirinin aşağı düşəcəyini güman etmək olar.

Qeyd edək ki, bu insident nüvə razılaşmasına dair danışıqlarda vasitəçi rolunu oynamağa can atan Yaponiya Baş naziri Sindzo Abenin Tehrana səfəri zamanı baş verib. Hücumlar Abenin səfərini kölgə altına saldı.

Çox güman ki, hücumlar sülh səylərini sarsıtmağa çalışan iranlı sərt xətt tərəfdarlarına sərf edir. Lakin sərt xətt tərəfdarları, xüsusən də İslam İnqilabı Keşikçiləri Korpusu, adətən, daha düşünülmüş hərəkət edir və vacib diplomatik görüşlər zamanı beynəlxalq dəniz marşrutlarına zərbə endirmir.

İran Xarici işlər naziri Məhəmməd Cavad Zərifin doğru olaraq bildirdiyi kimi, tanker hadisəsi "ən azından, şübhəlidir". 

Türkiyə İranın tərəfini tutdu: "Biz heç kimi günahlandırmırıq"

"Reuters" agentliyi xəbər verirdi ki, Tehran yeni sanksiyaların ərəfəsində neft-kimya məhsullarının ixracını artırmağa başlayıb. İran neftin qiymətinin artmasına nail olmaq istəyirmi? Ola bilər. Lakin eyni zamanda bu hücumla elə neft daşımaları zərər görəcək və İran uduzacaq. Çox çətin ki, hər hansı bir iranlı sərt xətt nümayəndəsi günahın Tehranın üzərinə qoyulacağını dərk etməyərək belə bir hücumun keçirilməsinə qərar versin.          

Digər bir versiyaya görə, Səudiyyə Ərəbistanı da toqquşmaya və neft qiymətlərinin artmasına nail olmaq arzusundadır və öz məqsədlərinə çatmaq üçün bu hücumu təşkil edib. Bu da çox inandırıcı deyil. 

Əgər hücumların arxasında Səudiyyə Ərəbistanının durduğu aşkar olunsa, Ər-Riyadın Vaşinqtonda onsuz da zərər görmüş nüfuzuna daha bir zərbə dəyəcək.     

Dünya neftinin təqribən 20%-i Hörmüz körfəzindən keçir və bu 20%-in tərkibində Səudiyyə nefti də var. Fikirləşmək olar ki, bir barel üçün 62 dollar çox aşağı qiymətdir və qiymətlərdə müəyyən artımın olması yerinə düşərdi. Lakin uzunmüddətli perspektivdə Səudiyyə Ərəbistanı, çətin ki, Fars körfəzində dəniz marşrutlarının təhlükəli kimi görünməsini istəsin.

Vəziyyət pisləşsə və ABŞ ordusu Hörmüz körfəzində dəniz daşımalarını müdafiə etmək məcburiyyətində qalsa, Ər-Riyadla Tramp administrasiyasının münasibətləri ciddi sınağa məruz qalacaq.

Hazırki vəziyyətdə tam əminliklə kimin günahkar olduğunu demək mümkün deyil və bu qeyri-müəyyənlik hissi vəziyyətin sui-istifadə olunacağı və münaqişə yaranacağı qorxusunu yaradır.