Tramp Ərdoğanı vurdu, türk pilotlar "F-35" təlimlərindən uzaqlaşdırıldı

İyunun 8-i Birləşmiş Ştatlar və Türkiyə arasında Rusiya istehsalı olan "S-400" zenit raket kompleksləri ilə bağlı gərginlik öz pik nöqtəsinə çatıb
Sputnik

BAKI, 11 iyun — Sputnik. ABŞ-ın Arizona ştatının "Lyuk" hərbi bazasında "F-35" tipli qırıcı-bombardmanlarında təlim keçən türk pilotlar təlimlərdən uzaqlaşdırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Reuters" nəşri Pentaqon rəsmisinə istinadən xəbər verir.

Bu qərar Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri almasından sonra Vaşinqtonla aparılan danışıqlar fonunda verilib.

"Nazirliyə məlumdur ki, türk pilotlar... uçuşlar həyata keçirmirlər", - deyə Pentaqonun rəsmi təmsilçisi Mayk Endryus bildirib.

"Əgər Türkiyə öz siyasətini dəyişməsə, onda biz onun "F-35" proqramından çıxarılması ilə müttəfiqimiz Türkiyə ilə əməkdaşlığımızı sıx şəkildə davam etdirəcəyik", - deyə Endryus qeyd edib.

Ərdoğan sözünü dedi: "S-400" məsələsinə geri addım atmağımız mümkün deyil"

Qeyd edək ki, iyunun 8-i Birləşmiş Ştatlar və Türkiyə arasında Rusiya istehsalı olan "S-400" zenit raket kompleksləri ilə bağlı gərginlik öz pik nöqtəsinə çatıb.

Belə ki, Pentaqon rəhbəri Patrik Şanahan (Patrick Shanahan) "F-35" tipli yeni nəsil qırıcılarla bağlı Türkiyə Müdafiə naziri Hulusi Akara məktub göndərib.

Bununla da, ABŞ Türkiyənin "F-35" qırıcıları ilə proqramından çıxarılması yolunda ilk addımı atıb. Belə ki, Pentaqon rəhbəri Hulusi Akara yazdığı məktubda "F-35" tipli qırıcılarda təlim keçən türk pilotların 31 iyula qədər proqramdan ayrılacaqlarını və proqram çərçivəsində yeni təlim keçilməyəcəyini qeyd edib.

Məktubda, həmçinin qeyd olunur ki, Türkiyənin Rusiyadan "S-400" müdafiə sistemi almaqdan imtina etməməsi halında Türkiyənin "F-35" proqramından çıxarılmasına istiqamətlənəcək başqa addımların atılacağı da qeyd olunub.

Xatırladaq ki, mayın 23-də ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib ki, rəsmi Vaşinqton Ankaraya Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin alındığı halda "ciddi mənfi nəticələrinin olacağı" barədə xəbərdarlıq edib.

Tramp Ərdoğanın təklifini qəbul etdi, "S-400" mübahisəsinə son qoyulur

O, əlavə edib ki, "S-400" zenit-raket komplekslərinin alınması Türkiyənin ABŞ və NATO ilə müdafiə sahəsində münasibətlərinə ciddi təsir edəcək.

Qeyd edək ki, mayın 22-də ABŞ-ın "CNBC" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Birləşmiş Ştatlar Türkiyəyə "S-400" zenit-raketləri ilə bağlı ultimatum verib. Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35" proqramından çıxaracaq.

Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etməklə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də "reaksiyaya" səbəb ola bilər.