CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qusarda iki evi talayıb köməkçisinə 20 manat verdi

Oğurluq yolu ilə əldə edilmiş əşyaların xeyli hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub
Sputnik

BAKI, 11 iyun — Sputnik. Qusar RPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edərək zərərçəkmişlərə xeyli maddi ziyan vuran şəxs saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, araşdırmalarla onun əvvəllər məhkum olunmuş rayon sakini, 35 yaşlı Elxan Xəlilov olduğu müəyyən edilib. 

Qusar camaatının canı onun əlindən qurtardı

Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib. Məlum olub ki, E.Xəlilov may və iyun aylarında rayon ərazisində yerləşən iki fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan elektrik naqilləri, kombi aparatı, televizor, təsərrüfat malları və məişətdə istifadə olunan digər avadanlıqları oğurlayıb. Bu əşyaların bir qismini tanışı, əvvəllər məhkum olunmuş Ramin Əhmədovun köməyi ilə satan E.Xəlilov satışdan əldə etdiyi puldan 20 manatı ona verdiyini bildirib.

Oğurluq yolu ilə əldə edilmiş əşyaların xeyli hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Həmin şəxsin başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.